Şəkidə gizli pirotexniki vasitələrin satışını təşkil edənlər müəyyən olunub

09:11 - 28 Dekabr 2023 - ÖLKƏ İÇİ

Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, rayon ərazisində keçirilən tədbirlər zamanı əvvəlcədən edilən xəbərdarlıqlara baxmayaraq bir neçə mağazada pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən şəxslər müəyyən edilib. Həmin şəxslərin fəaliyyət göstərdiyi obyektlərə baxış keçirilərkən pirotexniki vasitələr, partlayıcı və tezalışan maddələr aşkar olunaraq götürülüb.

Faktlarla bağlı onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Xəbər xətti