Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (MTK) əməkdaşları “İslam Dövləti” terror qruplaşması üzvlərinin Yeni il ərəfəsində həyata keçirməyi planlaşdırdıqları terror aktının və pravoslav kilsəsinə silahlı basqının qarşısını alıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat mərkəzi məlumat yayıb.
“Cəlal-Abad şəhərində davam etdirilən antiterror tədbirləri zamanı “İslam Dövləti - Vilayət Xorasan” beynəlxalq terror təşkilatının azyaşlı üzvləri saxlanılıb.