Avstriyalı mühəndis və iş adamı, "Glock" odlu silah istehsalçısının qurucusu Qaston Qlok 95 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Die Presse” qəzeti onun şirkətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Onun ölümü barədə əlavə məlumat verilmir.
Maraqlıdır ki, ixtiraçı 52 yaşına qədər odlu silah dizayn etməyib. Amma bir gün polimerlərdən hərbi bıçaq tökmək üçün maşın alıb və sonralar "Glock 17" kimi tanınan, çərçivəsi plastikdən olan tapança istehsal etməyə başlayıb.