Şəki-Zaqatala Regional Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrində hal-hazırda vakant olan laborant, kitabxanaçı, kitabxana müdiri, katibə-makinaçı, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, təsərrüfat işləri üzrə direktor müavini, uşaq birliyi təşkilatı rəhbəri, psixoloq və mühasib vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.
Ucnoqta.az xəbər verir ki, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 27 dekabr 2023-cü il tarixindən 15 yanvar 2024-cü il tarixinədək https://forms.gle/ARaXLV5AujhTrpRe6 linki vasitəsilə qeydiyyatdan keçə və Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə vakansiyalarla tanış ola bilərlər.
Məlumat üçün bildirək ki, imtahana qədər yeni vakant yerlər yarandığı təqdirdə siyahıya əlavə olunacaq.
Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcək. Test imtahanında mühasib vəzifəsi üzrə 30 ixtisas, 10 informatika, 10 məntiqi təfəkkürü ölçən suallar, digər vəzifələr üzrə isə 20 ixtisas, 15 informatika və 15 məntiqi təfəkkürün yoxlanılması üçün suallar təqdim ediləcək.
Adıçəkilən vəzifələr üzrə ixtisas tələbləri və müsabiqə proqramına aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://docs.google.com/.../1pRKEmoPDHvL8kI.../edit...
Qeyd edək ki, test imtahanı yanvar ayında Şəki şəhər 11 nömrəli tam orta məktəbdə keçirilməsi nəzərdə tutulub.