İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 21 mini keçib
Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, 55 mindən çox insan isə yaralanıb.
“İsrailin 7 oktyabrdan bəri təcavüzü nəticəsində ölənlərin sayı 21 110 nəfərə çatıb, 55 243 nəfər yaralanıb" - bildirilib.
Məlumata görə, təkcə son 24 saat ərzində 195 nəfər həlak olub.