Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi son 24 saat ərzində JN.1 ştammı ilə 109 yeni yoluxma hadisəsi qeydə alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistan Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, Qucaratda 36, Karnatakada 34, Qoada 14, Maharaştrada 9, Keralada 6, Racastan və Tamil Naduda hər birində 4, Telanqana ştatında 2 nəfər COVID-19 virusuna yoluxma halı aşkar edilib. . Yoluxmuşların çoxu xəstəliyin yüngül forması ilə əlaqədar ev karantinə yerləşdirilir, hansı ki, asimptomatik JN.1 səbəb olur. Hindistanda son 24 saat ərzində ümumilikdə 529 yeni COVID-19 hadisəsi qeydə alınıb, bununla da ölkədə aktiv yoluxma hallarının ümumi sayı 4093-ə çatıb.