İsveç Türkiyəyə hərbi malların tədarükünə qoyulan embarqonu ləğv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
“2022-ci ildə Türkiyəyə hərbi tədarükü ləğv edən İsveç yenidən bu sahədə ixrac icazələrini təsdiqləməyə başlayıb”, - nəşr yazıb.
Türkiyə Böyük Millət Məclisində çıxış edən xarici işlər nazirinin müavini Burak Akçapar millət vəkillərinin diqqətinə çatdırıb ki, İsveçin NATO-ya üzvlük prosesi başlanandan bəri türk şirkətlərinin təqdim etdiyi bütün müraciətlər bu ölkə tərəfindən təsdiqlənib.