İsrailin İordan çayının qərb sahilindəki Nur Şəms qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində 6 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində bir neçə nəfər də yaralanıb, onların sayı dəqiqləşdirilir.
Bildirilir ki, Nur Şəms bölgəsində İsrail ordusu ilə yerli müqavimət döyüşçüləri arasında toqquşmalar gedir.