Cənubi Koreya daha 8 Şimali Koreya vətəndaşına qarşı sanksiya tətbiq edib

06:08 - 27 Dekabr 2023 - DÜNYA

Cənubi Koreya Respublikası daha səkkiz Şimali Koreya vətəndaşına sanksiya tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.  Belə ki, dekabrln 18-də qitələrarası ballistik raket buraxılışına cavab olaraq Xalq Respublikasının kəşfiyyat idarəsinin rəhbərinə beynəlxalq sanksiyalarla qadağan olunmuş malların, o cümlədən silahların ticarəti, habelə qanunsuz kiber fəaliyyətə görə məhdudiyyətlər qoyub. Sanksiya tətbiq edilənlər arasında Koreya Xalq Ordusu Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi Li Çanq Ho da var. Seul hesab edir ki, qeyri-qanuni fəaliyyətlə texnologiya və xarici valyuta əldə etməkdə şübhəli bilinən Kimsuky, Lazarus, Andariel kimi haker qruplarının arxasında kəşfiyyat xidməti dayanır.

Xəbər xətti