ABŞ strateji ehtiyat üçün 2,9 milyon barel neft alınmasını rəsmiləşdirib

00:13 - 27 Dekabr 2023 - DÜNYA

ABŞ Energetika Nazirliyi strateji ehtiyatı artırmaq üçün 2024-cü ilin martında tədarüklə 231,4 milyon dollara 2,9 milyon barel neftin alınmasını rəsmiləşdirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə idarədən verilən yazılı məlumatda deyilir.

Məlumata görə, 26 dekabr 2023-cü il tarixinə ümumi məbləği 231,447 milyon dollar olan 2 milyon 993 min 692 barel neftin alınması üçün aşağıdakı müqavilələr bağlanıb. Neftin 1,2 milyon barelini "Sunoco Partners Marketing & Terminals", təqribən 898,1 min barrel nefti isə "Phillips 66" və "Macquarie Commodities Trading US" şirkətləri təmin edəcək.

Dekabrın əvvəlində departament 2024-cü ilin martında tədarüklə 3 milyon barelə qədər neftin alınması üçün ərizə dərc edib.

Xəbər xətti