Dekabrın 27-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistanda işgüzar səfərdə olacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, dekabrın 27-də Ermənistan Respublikasının Xarici İşlər Nazirliyində Ermənistan və İran xarici işlər nazirlərinin görüşü, ardınca Ararat Mirzoyan və Hossein Amir Abdollahian arasında birgə mətbuat konfransı keçiriləcək.