İsveç Türkiyə Parlamentinin komitəsinin qərarını alqışlayıb

21:30 - 26 Dekabr 2023 - DÜNYA

İsveçin xarici işlər naziri Tobias Billström Türkiyə Parlamentinin Xarici Əlaqələr Komissiyasının İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya protokolunu təsdiq edən qərarını alqışlayıb.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb:

"Türkiyənin Xarici Əlaqələr Komitəsinin İsveçin NATO-ya müraciətini təsdiq etməsini alqışlayırıq. Növbəti addım bu məsələ ilə bağlı parlamentdə səsvermə olacaq. NATO-ya üzv olmağı səbirsizliklə gözləyirik".

Türkiyə Parlamentinin Beynəlxalq Əlaqələr Komissiyası çərşənbə axşamı keçirilən iclasında İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya protokolunu təsdiqləyib. İndi sənəd Parlamentin Baş Assambleyasının tam iclasında səsverməyə çıxarılacaq. Bununla bağlı səsvermənin keçiriləcəyi tarix hələlik məlum deyil, lakin reqlamentə əsasən, sənədin komissiya tərəfindən təsdiqləndiyi tarixdən 48 saat sonra baxılması mümkündür.

Xəbər xətti