Qəzza zolağında müharibə “daha çox aylar” davam edəcək.
Ucnoqta.az xəbər verir ki, bu açıqlama ilə İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Herzi Halevi çıxış edib.
"Bu müharibənin mürəkkəb məqsədləri var, o, çətin ərazidə aparılır. Ona görə də müharibə hələ çox aylar davam edəcək. Biz indi səylərimizi Qəzza zolağının cənubunda, o cümlədən Xan Yunisdə cəmləşdiririk. Və biz öz gücümüzü dərinləşdirməyə davam edirik”, - deyə ordunun mətbuat xidməti tərəfindən açıqlamalar verən Halevi bildirib.
"Terror təşkilatını tamamilə məhv etmək üçün heç bir sehrli həll və ya qısa yol yoxdur, yalnız israrlı və qətiyyətli mübarizə var. Biz də çox qərarlıyıq", - Halevi qeyd edib.
"Biz HƏMAS-ın rəhbərliyinə də çatacağıq, buna bir həftə və ya aylar lazım olacaq", - Baş Qərargah rəisi bildirib.