Konqo Demokratik Respublikasında keçirilən ümumi seçkilər üçün Aİ-nin müşahidə missiyasının tərkibində olan Belçika vətəndaşı Kinşasada dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Konqonun ACP agentliyi hadisə şahidinə istinadən məlumat yayıb.
Məlumata görə, kişi dekabrın 24-də yerli vaxtla səhər saat 3:00 radələrində telefon danışığından sonra “Hilton” otelinin pəncərəsindən yıxılıb. Aİ missiyasının adının açıqlanmasını istəməyən diplomatın agentliyə verdiyi məlumata görə, o, DRC-də seçkiləri izləmək üçün diplomatik nümayəndəlik tərəfindən işə götürülən Belçikadan İT mütəxəssisi olub.