Avstriya Qəzzanın mülki əhalisinə yardım göstərən beynəlxalq təşkilatların işi üçün 5 milyon avro ayıracaq.
Ucnoqta.az-ın məlumatına görə, bu barədə ORF portalı Respublika Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
3 milyon avro Beynəlxalq Qızıl Xaç Komitəsinə, daha 2 milyon avro isə BMT-nin Ərzaq Proqramına köçürüləcək.
Nazirlik hesab edir ki, təşkilatlar vasitəsilə yardımın göstərilməsi həm də vəsaitlərin Fələstinin radikal HƏMAS hərəkatının əlinə keçməsinin qarşısını alacaq.