Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) bu səhər Yəmən sahillərində, Hudeydə şəhərinin qərbində iki partlayışın baş verdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yayılan məlumatda deyilir. Bildirilir ki, Hudeydanın qərbində 5 dəniz mili (təxminən 9,26 km ) iki partlayış qeydə alınıb. Partlayışlar yerli vaxtla saat 03:20-də 5 dəqiqəlik fərqlə baş verib.
Əməliyyat şirkəti və ya gəminin adı barədə məlumat verilmir. Ekipajın təhlükəsiz olduğu qeyd edilir. Faktla bağlı araşdırma aparılır.