İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin iki günlük səfər üçün Moskvaya gedib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.
Səfər zamanı Fərzin Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina ilə görüş keçirməyi planlaşdırır. Agentliyin məlumatına görə, danışıqların əsas mövzusu bazar ertəsi İran və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında imzalanmış azad ticarət sazişi çərçivəsində maliyyə və bank sektorunda əməkdaşlığın intensivləşdirilməsi və iki departament arasında əlaqələrin gücləndirilməsi olacaq. İran nümayəndə heyətinə iki milli bankın direktorları da daxildir.