Cənubi Koreyadan Rusiyaya daha yeni qadağa

10:14 - 26 Dekabr 2023 - DÜNYA

Koreya Respublikası hökuməti Rusiya və Belarusa tədarük üçün ixrac nəzarəti siyahısına 682 növ mal əlavə edəcək.

Ucnoqta.az xəbər verir ki, müvafiq məlumat Ticarət, Sənaye və Energetika Nazirliyinin saytında dərc olunub.

Dəyişikliklər inzibati prosedurlardan sonra 2024-cü ilin əvvəlindən qüvvəyə minəcək. Bundan sonra ixraca nəzarət siyahısı artaraq 1159 adda mal olacaq. Yeni qaydalar ağır tikinti texnikası, təkrar doldurulan akkumulyatorlar, təyyarə komponentləri və mühərrik həcmi 2 min kubmetrdən çox olan minik avtomobillərinə şamil ediləcək.///tass

Xəbər xətti