Britaniyada Amerika F-16 qırıcıları üzrə uçuşlar üçün altı Ukrayna pilotunun birinci qrupu hazırlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Ukrayna pilotları ingilis dili və aviasiya tibbinin peşəkar lüğətini öyrəniblər və bundan əlavə, britaniyalılar təyyarəyə xidmət edəcək aviatexniklər də hazırlayıblar.