ABŞ İraqda “Kataib Hizbullah” hədəflərinə zərbələr endirib

06:56 - 26 Dekabr 2023 - DÜNYA

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraq və Suriyada koalisiya qüvvələrinə qarşı hücumlara cavab olaraq İraqdakı şiə qruplaşması “Kətaib Hizbullah”a zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə komandanlığın X şəbəkəsində deyilir. 

Qeyd edilir ki, zərbələr “Kətaib Hizbullah”ın bir neçə obyektini dağıdıb və ehtimal ki, qruplaşmanın bir neçə döyüşçüsünü öldürüb.

Xəbər xətti