Lavrov Hindistanın xarici işlər naziri ilə danışıqlar aparacaq

16:50 - 25 Dekabr 2023 - DÜNYA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 27-də Moskvada hindistanlı həmkarı Subrahmanyam Caishankar ilə tam formatda danışıqlar aparacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Rusiya diplomatik xidmətinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Dekabrın 27-də Moskvada Rusiya və Hindistan XİN rəhbərləri arasında tam formatda danışıqların keçirilməsi planlaşdırılır”, - o qeyd edib.

Xəbər xətti