UNICEF Qəzzaya 80 min doza peyvənd göndərib

14:56 - 25 Dekabr 2023 - DÜNYA

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Qəzza zolağına altı yaşından kiçik uşaqlar üçün 80 min doza qızılca, məxmərək və parotit peyvəndi verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərinin əlaqələndirilməsi idarəsi məlumat yayıb.

“Dünən, dekabrın 24-də UNİCEF-in hədiyyə etdiyi qızılca, məxmərək və məxmərəkə qarşı 80 min doza vaksin Qəzza zolağına çatdırılıb”, - departamentin açıqlamasında bildirilir.

Xəbər xətti