Emoməli Rəhmon Sankt-Peterburqa gedib

14:44 - 25 Dekabr 2023 - DÜNYA

Tacikistan Prezidenti Emoməli Rəhmon Müstəqil Dövlətlər Birliyinin (MDB) liderlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburqa işgüzar səfərə gedib.

Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Emoməli Rəhmon Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə gedib”, - məlumatda deyilir.

Rəhmonu səfərdə xarici əlaqələr üzrə köməkçisi və digər rəsmi şəxslər müşayiət edir.

Dekabrın 25 və 26-da MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək.

Xəbər xətti