7 mindən çox miqrant Meksikanın cənubundakı Çiapas ştatını tərk etmək qərarına gəlib və karvanla ölkənin şimalına ABŞ sərhədinə doğru hərəkət edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “La Jornada” qəzeti məlumat yayıb.
Qeyd edilir ki, minlərlə insan “Yoxsulluqdan çıx” şüarı altında Meksikanın Qvatemala ilə sərhəddə yerləşən Tapaçula şəhərindəki Bisentenario parkından çıxıb və daha sonra şimala getmək niyyətində olan sahil magistralına doğru hərəkət edib.
Qəzetin Meksikanın İnsan Ləyaqətinin Müdafiəsi Mərkəzinin hüquq müdafiə təşkilatının məlumatına görə, karvanda Braziliya, Venesuela, Haiti, Qvatemala, Honduras, Dominikan Respublikası, Kolumbiya, Kuba, Nikaraqua, Peru, El Salvador, Ekvador, Banqladeş, Hindistan, Çin və Pakistandan olanlar da var.