İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında döyüşlər zamanı daha iki əsgərin öldüyünü təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
İDF ölən iki nəfərin 14-cü Zirehli Briqadanın 30 yaşlı çavuşu Nitai Meisels və Nahal Briqadasının 50-ci Batalyonunun 20 yaşlı serjantı Rani Tamir olduğunu müəyyən edib.
Bununla da, İsrail ordusunun Qəzza zolağında Fələstinin HƏMAS radikal hərəkatına qarşı quru əməliyyatına başlamasından bəri həlak olan hərbçilərin sayı 156-ya çatıb.