İsrail ordusunun Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərində yaşayış binasına endirdiyi zərbənin qurbanlarının sayı 23-ə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin Əl-Cəzirə telekanalı məlumat yayıb. Məlumata görə, bazar ertəsi şəhərin şərq hissəsindəki Maan rayonu raket və bomba hücumuna məruz qalıb. Telekanalın yaydığı kadrlara görə, ölənlər arasında uşaqlar da var.
Bundan əvvəl 18 nəfərin öldüyü bildirilirdi.