İsrail hərbçiləri Qəzza zolağında Cəbəliyyə əməliyyatı zamanı oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən qaçırılan beş girovun cəsədini aşkarlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
"Cəbəliyyədə Qəzza zolağında HƏMAS-ın şimal qərargahı kimi xidmət edən və HƏMAS tərəfindən silah saxlamaq, hərəkət etmək və döyüşmək üçün istifadə edilən strateji tunellər şəbəkəsi aşkar edilib. Əməliyyat zamanı əsgərlər 5 girovun cəsədini tapıb çıxarıblar", - məlumatda deyilir.
Qeyd edilir ki, Cəbəliyyədə bir çox qollu iki səviyyəli tunellər şəbəkəsi aşkar edilib.
“Birinci səviyyə yerin 10 metr altına, ikinci səviyyə isə on metrlərlə yerin altında idi” - bildirilib.