Balakəndəki qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, Balakən şəhər sakini, 48 yaşlı Qəhrəman İlyas oğlu Bayramovun meyiti İsaxlıgirmə yaşayış məntəqəsinin yaxınlığındakı çaydan tapılıb.
Q. Bayramovun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiz və Potoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.
Əldə ounan məlumata əsasən Q. Bayramov cinayət əməlinə görə məhkumluq həyatı yaşayıb.
O, bir neçə gün əvvəl həbsxanadan azadlığa çıxıb.
Faktla bağlı Balakən rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
20:33
Dekabrın 23-də saat 12:30 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Bayramov Qəhrəman İlyas oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Q.Bayramovun oğlu, 2008-ci il təvəllüdlü yeniyetmə saxlanılıb.
Araşdırma aparılır.