Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv ölkələr öz qoşunlarını Ukraynaya göndərə bilər.
Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili bu barədə Dmitri Qordona müsahibəsində bildirib.
“Məndə olan məlumata görə, ABŞ və bir sıra Avropa ölkələri Ukraynada müharibəyə birbaşa daxil olmağa hazırlaşır. Onlar ABŞ-ın cənubunda məhz bu istiqamətdə təlimlər keçirirlər. Üstəlik, bunlar təkcə hava əməliyyatları deyil, həm də quru qoşunlarının göndərilməsi nəzərdən keçirilir və hazırlanır”, - Saakaşvili bildirib.
Saakaşvili əlavə edib ki, NATO münaqişəyə müdaxilə edərsə, döyüşlər ən qısa müddətdə başa çatacaq.