Ermənistan və Rusiya hərbi-texniki əməkdaşlıq (MTK) sahəsində yeni sazişlər üzrə danışıqlar apara bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan brifinqdə bildirib.
"Mən bunu istisna etmirəm, amma təfərrüatları deyə bilmərəm, siz silahlar haqqında soruşursunuz" - o, deyib.
Bundan əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin TASS agentliyinə müsahibəsində bildirib ki, Moskva və İrəvan hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişlərin bağlanmasını müzakirə edirlər.