Növbəti ildən mikrosahibkarlıq subyektlərinin əksəriyyəti fəaliyyətini dayandıracaq

13:39 - 22 Dekabr 2023 - ÖLKƏ İÇİ

Növbəti ildən mikrosahibkarlıq subyektlərinin əksəriyyəti fəaliyyətini dayandırmalı olacaq.

Ucnoqta.az xəbər verir ki, bunu Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib. Sahib Məmmədov qeyd edir ki, xüsusən dövriyyəsi 15-25 000 arası olan və muzdlu içə cəlb etmədən tək fəaliyyət göstərənlər (ekspertlər, təlimçilər, kiçik sənətkarlıqla məğul olanlar və s.) fəaliyyətini dayandıracaq:

"Vergi Məcəlləsinə edilən dəyişikliklə gəlir vergisinə tətbiq olunan 75%-lik güzəşt ləğv olunur. Bu o deməkdir ki, gəlir vergisinin həcmi 20% təşkil edəcək. Bunun üstünə 1% nağdılaşma vergisi, bank xərclər, və hazırda 101 manat aylıq təşkil edən (icbari və tibbi sığorta bir yerdə) sığorta xərclərini də gələndə fəaliyyət mənasını itirir. Yəni nə qazansan ən azı 50%-ni verməlisən. Bəzi hallarda isə qazancın üstünə əlavə etməlisən (məsələn aylıq gəlir 100 manat olarsa, onun üzrəinə 1 manat da əlavə edib sosial sığorta xərclərinə, 5% gəlir vergisinə ödənilməlidir. Minimum əmək haqqı artasra 100 manata daha çox əlavə etmək lazım gələcək)".

Xəbər xətti