İsrail ordusu İordan çayının qərb sahilində 11 nəfəri saxlayıb

13:10 - 22 Dekabr 2023 - DÜNYA

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində gecə keçirilən antiterror əməliyyatları zamanı axtarışda olan 11 fələstinlini saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri, Ümumi Təhlükəsizlik Xidməti və Sərhəd Polisi qüvvələri bu gecə bütün Yəhudeya və Samariyada axtarışda olan 11 şəxsi saxlayıb”, - məlumatda deyilir.

Qeyd edilir ki, reydlər zamanı qanunsuz silahlar da aşkar edilərək götürülüb. Saxlanılan və götürülən bütün silah-sursat əlavə araşdırma üçün təhlükəsizlik xidmətinə təhvil verilib, mətbuat xidməti əlavə edib.

Ümumilikdə, Fələstinin HƏMAS hərəkatının radikallarının İsrail ərazisinə oktyabrın 7-də hücumuna cavab olaraq Qəzza zolağında başlayan hərbi əməliyyat zamanı İordan çayının qərb sahilində və İordaniya vadisində keçirilən reydlər zamanı artıq axtarışda olan 2450-yə yaxın şəxs saxlanılıb. Ordunun bildirdiyinə görə, onlardan təxminən 1210 nəfəri HƏMAS ilə əlaqədə şübhəli bilinir.

Xəbər xətti