Peruda şaxtanın çökməsi nəticəsində azı 7 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə RPP radiostansiyası yerli polisin nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, La Rinconada şəhərində mədəndə 7 şaxtaçı həlak olub.
İlkin məlumatlara görə, Sapo de Oro mədən layihəsinin şaxtalarından birində çökməyə səbəb qəza olub.
Ölənlərin cəsədləri çıxarılıb. Prokurorluq araşdırmalara başlayıb.///tass