Dekabrın 18-də saat 23 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisində “VAZ-21061” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdasları tərəfindən nəzarət qaydasında saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, sürücü Ağsu rayon sakini Qafqaz İmaməliyevin sərxoş vəziyyətdə və sürücülük hüquq olmadan nəqliyyat vasitəsini idarə etməsi müəyyən olunduğundan barəsində protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə o, 5 gün müddətinə inzibati qaydada həbs olunub.