Cənubi Koreyanın Suvon şəhərində sərnişin avtobusu insanların üzərinə sürüb.
Ucnoqta.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, 1 nəfər ölüb, daha 11 nəfər yaralanıb.
Qəza metronun Suvon stansiyasından avtobusların hərəkət etdiyi nəqliyyat qovşağının yaxınlığında baş verib. Agentlik bildirir ki, üç nəfər ağır yaralanıb, qalan səkkiz nəfərin vəziyyəti hələ dəqiqləşdirilməyib.
Qəzaya səbəb soyuq hava və buzlu yollarla bağlı ola biləcəyi ehtimal edilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları avtobus sürücüsünün sərxoş olmadığını qeyd ediblər.