Qəzza zolağında İsrailin zərbələri nəticəsində ölənlərin sayı 20 mini keçib, 53 mindən çox yaralı var.
Ucnoqta.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Telegram kanalında yayımladığı bəyanatda deyilir:
"Oktyabrın 7-dən bəri İsrailin hücumu nəticəsində ölənlərin sayı 20 057 nəfərə çatıb, 53 320 nəfər yaralanıb".
Səhiyyə Nazirliyinin məlumatına görə, son iki gündə 390 fələstinli həlak olub, 734 nəfər yaralanıb.