Hindistanda silahlılarla toqquşmalarda 5 hərbiçi həlak olub

08:38 - 22 Dekabr 2023 - DÜNYA

Cammu və Kəşmirin şimalında patrula edilən terror aktı nəticəsində azı 5 Hindistan əsgəri həlak olub, ikisi isə ağır yaralanıb.

Ucnoqta.az xəbər verir ki, “Press Trust of India” xəbər agentliyinin məlumatına görə, Punç rayonunda döyüşlər cümə axşamından bəri davam edir.

Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, hərbçilərin olduğu avtomobillər silahlıların hücumuna məruz qalıb. Hücuma görə məsuliyyəti “Ləşkər-e-Taibə” terror qruplaşması ilə əlaqəli ekstremist təşkilat öz üzərinə götürüb.

Bildirilir ki, terrorçuların axtarışı əməliyyatı davam etdiriləcək.

Xəbər xətti