İsrail Müdafiə Qüvvələrinin bölmələri Qəzza zolağında HƏMAS hərəkatının əsas dayaqlarından biri hesab edilən əl-Şücayyə üzərində nəzarəti bərqərar edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, bölmələrin məqsədyönlü əməliyyatlar keçirmək üçün ərazidə qalacağını bildirib.
"Qoşunlar HƏMAS-ın əsas mövqelərinin zərərsizləşdirilməsini başa çatdırıb, Şucayyada dayaq nöqtəsi yaradıb və nəzarəti bərqərar edib. 188-ci Briqada Döyüş Komandası reyd zamanı HƏMAS-ın Şücayyə batalyonunun qərargahını ələ keçirib. İDF bölmələri ərazidə qalmağa davam edəcək və əməliyyat zərurətinə uyğun olaraq məqsədyönlü əməliyyatlar aparacaqlar. ”, - məlumatda deyilir.