Mirzoyan KTMT-nin baş katibi ilə görüşüb

19:36 - 21 Dekabr 2023 - DÜNYA

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqambetov İrəvanda Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Ararat Mirzoyan və İmanqali Tasmaqambetov regiondakı vəziyyət, nəqliyyat və iqtisadi əlaqələrin inkişafına yönəlmiş layihələr, o cümlədən Ermənistan Respublikası hökuməti tərəfindən hazırlanmış “Dünyanın kəsişməsi” konsepsiyası barədə fikir mübadiləsi aparıblar.

Həmsöhbətlər təşkilatın fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər.

Xəbər xətti