Şimal yarımkürəsində ilin ən uzun gecəsi və eyni zamanda qış mövsümünün başlanğıcı hesab olunur.
Ucnoqta.az xəbər verir ki, Yer Günəş ətrafında dövrünü 365 gün 6 saata tamamladığı üçün qış gündönümü bəzi illərdə dekabrın 21-ə, bəzi illərdə isə dekabrın 22-nə düşür.
Qış gündönümü hesab edilən dekabrın 21-də Yer kürəsinin şimal yarımkürəsində günlər uzanmağa, cənub yarımkürəsində isə qısalmağa başlayır.
Bu tarixdə ən uzun gecə şimal yarımkürəsində, ən uzun gündüz isə cənub yarımkürəsində yaşanır.