İsrail hazırda Qəzza zolağında hərbi əməliyyatların intensivliyini azaltmaq niyyətində deyil.
Ucnoqta.az xəbər verir ki, bu sözləri İsrail Xarici İşlər Naziri Eli Koen “Yedioth Ahronoth” qəzetinə müsahibəsində deyib.
"Siyasi müzakirələrin son nəticələrinə əsasən, heç olmasa yaxın bir neçə həftə ərzində hərbi əməliyyatların intensivliyinin azaldılmasından söhbət gedə bilməz", - İsrail XİN rəhbəri vurğulayıb.
Eyni zamanda, nəşr hesab edir ki, yanvarın ortalarına qədər Fələstin anklavında döyüşlər tədricən səngiyəcək, çünki yeni humanitar pauzanın baş verməsi ehtimalı var.