İsrail tərəfi anklavda saxlanılan girovları azad etmək üçün Qəzza zolağında hərbi əməliyyatları iki həftə müddətinə dayandırmağa hazırdır, lakin tərəflər hələ də razılığa gəlməyiblər
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin ərəbdilli Makan-33 kanalı məlumat yayıb. Məlumata görə, Fələstinin radikal HƏMAS hərəkatı bu təklifi rədd edir.
Mənbələr bildirir ki, İsrail həbsxanalarından fələstinli məhbusların, o cümlədən terrorizmdə təqsirli bilinənlərin azad edilməsi müqabilində onlarla qaçırılan insanın azad edilməsi şərti ilə iki həftəlik atəşkəsə hazırdır. Lakin bu mənbələrə görə, tərəflər “hələ də qarşılıqlı anlaşmadan uzaqdırlar”.