Palmira yaxınlığında (Dəməşqdən 240 km. məsafədə) avtobusun partlaması nəticəsində azı 7 Suriya əsgəri həlak olub, daha 10-u yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sham FM radiostansiyası məlumat yayıb.
Yol kənarında yerləşdirilən mina uzaqdan idarə olunan qurğu vasitəsilə işə salınıb.
Partlayışda Suriya səhrasının bu ərazisində fəaliyyət göstərən İslam Dövləti qrupunun terrorçu dəstəsinin iştirakı ehtimal edilir.