ABŞ və Yaponiya yeni hərbi pilotsuz təyyarələr yaradacaq

08:19 - 21 Dekabr 2023 - DÜNYA

ABŞ və Yaponiya müdafiə nazirlikləri pilotlu döyüş təyyarəsi ilə vahid taktiki qrupun tərkibində fəaliyyət göstərəcək yeni nəsil hərbi pilotsuz təyyarələrin birgə hazırlanması barədə razılığa gəliblər.

Ucnoqta.az-ın məlumatına görə, Sankei qəzeti Pentaqondakı mənbələrə istinadən xəbər verir ki, bu barədə tezliklə rəsmi açıqlama veriləcək.

Məlumata görə, 2024-cü ilin ortalarında müdafiə sahəsində elmi-texniki əməkdaşlıq üzrə ABŞ-Yaponiya qrupunun ilk iclası keçiriləcək. Bu struktur çərçivəsində silah və hərbi sistemlərin, o cümlədən yeni tip pilotsuz təyyarələrin inkişafı koordinasiya ediləcək. Bu kəşfiyyat və hücum pilotsuz uçan aparatlarının, xüsusən də Böyük Britaniya, İtaliya və Yaponiyanın birgə inkişaf etdirmək niyyətində olduqları altıncı nəsil döyüş təyyarələrinin əməliyyatlarını dəstəkləmək üçün yaradılması nəzərdə tutulur.

Nəşrin iddiasına görə, dronlar ümumi tapşırıq çərçivəsində müstəqil qərar qəbul etməyə imkan verən süni intellekt sistemləri ilə təchiz ediləcək. Onların pilotlu təyyarələrlə birlikdə istifadəsi hava qüvvələrinin əməliyyatlarının taktikasında və xarakterində əsaslı dəyişikliyə səbəb olacaq.

Xəbər xətti