Qazaxıstan Çinə yeni dəmir yolunun tikintisinə başlayıb ki, bu da ölkələr arasında yük dövriyyəsini 20 milyon ton artıracaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə respublika hökumətinin mətbuat xidməti məlumat yayıb.
Abay rayonunda 272 km uzunluğunda Bəxtı-Ayagöz yeni dəmir yolu xəttinin tikintisinə başlanılıb.Telekörpü rejimində işə rəsmi startı Qazaxıstan Respublikasının Baş naziri Əlixan Smailov verib.
Yeni xətt Qazaxıstan və Çin arasında yük dövriyyəsini 28 milyon tondan təqribən 48 milyon tona çatdıracaq, cənub keçid məntəqələrində tıxacları aradan qaldıracaq və əlavə tranzit həcmləri cəlb edəcək.