İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri radikal təşkilatın hərbi və inzibati rəhbərliyinin fəaliyyət göstərdiyi Qəzzada HƏMAS-ın “elitar məhəlləsi” üzərində tam nəzarəti təmin ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"IDF Qəzza şəhərinin mərkəzində, HƏMAS-ın inzibati və hərbi rəhbərliyinin fəaliyyət göstərdiyi Fələstin Meydanı ərazisi də daxil olmaqla, HƏMAS-ın "elitar məhəlləsini" nəzarətə götürüb. Kompleksə terrorçuların sığınacaqlarını, qərargahlarını birləşdirən böyük tunellər şəbəkəsi və HƏMAS-ın yüksək rütbəli rəhbərliyinə məxsus yaşayış mənzilləri daxildir.
"Həm yerdə, həm də yerin altında yerləşən bu kompleks HƏMAS-ın hərbi və siyasi qanadının güc mərkəzi olub", - məlumatda deyilir.