Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ən azı 20 min insan həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı Fələstin anklavının hakimiyyət orqanlarının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, həlak olanlar arasında 8 min uşaq və 6,2 min qadın var. Təxminən 6,7 min nəfər itkin düşmüş hesab olunur.