ABŞ Venesuelanın xüsusi nümayəndəsi Aleks Saabı azad edib

00:01 - 21 Dekabr 2023 - DÜNYA

ABŞ iki ildən artıq qanunsuz həbsdə olan Venesuelanın diplomatik nümayəndəsi Aleks Saabı azad edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Venesuelanın İnformasiya və Rabitə Nazirliyinin açıqlamsında deyilir.

Venesuela prezidenti Nikolas Maduronun diplomatik elçisi və yaxın müttəfiqi olan Saab ABŞ sanksiyaları fonunda Venesuelaya ərzaq və dərman tədarükünü təmin etmək üçün xaricə səfər edib.

Diplomat 2020-ci il iyunun 12-də təyyarəsi yanacaq doldurmaq üçün texniki eniş edən Kabo-Verdedə ABŞ-ın tələbi ilə beynəlxalq hüququ pozaraq qanunsuz olaraq saxlanılıb. 2021-ci ilin oktyabrında o, Amerika banklarından 350 milyon dolları yumaqda ittiham olunaraq ABŞ-a ekstradisiya edilib.

Xəbər xətti