Maduronun Rusiyaya səfəri planlaşdırılır - Peskov

13:49 - 20 Dekabr 2023 - DÜNYA

Venesuela prezidenti Nikolas Maduronun Rusiya Federasiyasına səfəri 2023-cü ilin sonuna qədər baş tutmasa da, gündəmdə qalır, tarixləri razılaşdırılır.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Maduronun səfərinin tarixləri razılaşdırılır; indi deyə bilərik ki, bu, ilin sonundan əvvəl baş tutmayacaq”, - Kreml sözçüsü bildirib.

O, “bu səfərin gündəmdə olduğunu” vurğulayıb. "Tarixlər razılaşdırılan kimi bu səfər baş tutacaq", - Peskov əmin edib.///tass

Xəbər xətti