Dünyanın ən böyük təkər istehsalçısı Rusiyadakı zavodunu satdı

13:03 - 20 Dekabr 2023 - DÜNYA

Yapon təkər istehsalçısı Bridgestone Ulyanovskdakı zavodunu S8 Capital qrupuna satdı.

Ucnoqta.az “Kommersant”a istinadən xəbər verir ki, Rusiya şirkəti zavodu və distribütoru alıb.

Əməliyyatın dəqiq məbləği açıqlanmır. Advance Capital analitiki Pavel Terentyevin fikrincə, Bridgestone-un Rusiyadakı aktivlərinin dəyəri 7,5-9,8 milyard rubl ola bilər. Ekspert bu rəqəmi Rusiyanın ən böyük təkər istehsalçısının bazar göstəricilərinə və digər brendlərin ölkədən getməsi ilə bağlı keçmiş əməliyyatlara əsaslanaraq adlandırıb.

Ulyanovskda ildə 2,4 milyon təkər istehsal edən Bridgestone zavodu 2016-cı ildə fəaliyyətə başlayıb. Yapon istehsalçısı istehsala təxminən 12,5 milyard rubl sərmayə qoyub. Şirkət Rusiyaya hasilatı və tədarükünü dayandırıb, həmçinin 2022-ci ilin martında investisiyaları dondurub. Oktyabr ayında Bridgestone Rusiya biznesini satmaq niyyətində olduğunu açıqladı.

Xəbər xətti